Slovakiya tərkibində təhlükəli pestisidlər aşkar edildiyinə görə Ukrayna taxılının emalı və satışına ciddi qadağa tətbiq edib.
BUTA.TV xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
“Artıq Ukrayna taxılının və ondan alınan unların emalı və bazara çıxarılmasına ciddi qadağa qoyulub. Götürülmüş nümunələr AB-də icazə verilməyən və insan sağlamlığına mənfi təsir göstərən pestisidin mövcudluğunu təsdiqləyib”, - məlumatda bildirilib.
Slovakiya hökuməti ölkədə saxlanılan bütün Ukrayna taxılının yoxlanılmasına başlayıb. Rəsmi Bratislava AB-nin digər üzvlərini də məsələ ilə bağlı xəbərdar edib.
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video
- Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu
- Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
- Həmin şagird hoteldə ölübmüş