Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar.
BUTA.TV xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrikində yer alıb.
Azərbaycan Prezidenti vurğulayıb ki, ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir.
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü