Sonuncu dəfə 2005-ci ildə Bakıda olmuşam. Ondan sonra bir daha Azərbaycana gələ bilməmişəm. Əli Həsənov (PA-nın sabiq şöbə müdiri) və İran tərəfinin yaratdığı əngəllərə görə Azərbaycana gəlişim baş tutmayıb. 18 il aradan sonra yasaqlar aradan götürülür, tezliklə Bakıya gələcəyəm.
Bu sözləri BUTA.TV-a Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı deyib.
Dəfələrlə geri qaytarıldığını deyən Çöhrəqanlı bir daha eyni vəziyyətə düşmək istəmədiyini bildirib:
“2006-cı ildə təhqiramiz bir vəziyyətdə, 17 saat saxlanıldıqdan sonra deportasiya olundum. 2012-ci ildə oğlumla birgə Bakıya gəlməyə cəhd etdim, yenə də geri qaytarıldım. İllərdir qapılar üzümüzə bağlıdır. İndi isə yavaş-yavaş açılır. Yenidən eyni vəziyyətlə üzləşmək və bağlı qapılar arxasında qalmaq istəmirəm”.
O, proqnozlaşdırılan səfər tarixini açıqlayıb:
“Oğlum Alparslanla on gün ərzində Bakıda qalmaq fikrindəyik. Düşünürəm ki, səfərim bu ayın sonu reallaşa bilər. Müəyyən səbəblərdən alınmasa, gələn ayın, yəni mayın ilk günü Bakıda olmalıyam. Ümid edirəm ki, daha problem olmayacaq. Gəlişim O taylı-Bu taylı Azərbaycanın xeyirinə olacaq”.
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət