Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Qazaxıstandan olan şair-publisistlər – ABAY TV-nin prodüsseri Tanagöz Tolkınqızı, Ekibastuz şəhərinin “Otarka” qəzetinin redaktoru Janargül Kadırova, Qazaxıstan Yazarlar Birliyinin üzvü, teleaparıcı Janayım Auğanbayqızı, “Egemen Qazaxıstan” qəzetinin “Ədəbiyyat və incəsənət” şöbəsinin əməkdaşı Batırxan Sersenxanla görüşüb.
BUTA.TV xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə qardaş ölkələrimiz arasında günü-gündən güclənən əlaqələr, yeni əməkdaşlıq imkanları və aydınların, yaradıcı insanların, o cümlədən şair-yazıçıların, jurnalistlərin üzərinə düşən mənəvi öhdəliklər mövzusunda fikir mübadiləsi aparılıb.
Q.Paşayeva sədri olduğu komitənin mənəvi dəstəyi ilə Bakıda və Sumqayıtda bu il aprelin birinci ongünlüyündə gerçəkləşən silsilə tədbirlərdə yaxından iştirak etdiklərinə görə qazax yazarlarına təşəkkür edib. Komitə sədri Qazaxıstan aydınlarına salam-sayğılarını yetirib, onlara yeni yaradıcılıq uğurları diləyib.
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- Şuşada bu işləri görmək qadağan edilir
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi