Ermənistan baş naziri Nikol Paşinyana çətir atan Narine Asatryana qarşı məmurun xidməti və ya siyasi fəaliyyətinə müdaxilə etmək məqsədilə ona qarşı zorakılıq tətbiq etməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.
Qeyd edək ki, 47 yaşlı qadın aprelin 10-da Vayotsdzor vilayətinin Malışka icmasındakı fərdi evlərdən birinin həyətində Ermənistan hökumətinin başçısına çətir atıb. Baş nazirin mühafizəçiləri qadını hadisə yerindən uzaqlaşdırıblar.
O, saxlanılaraq ibtidai istintaq orqanına aparılıb. Daha sonra Ermənistan Cinayət Məcəlləsinin 44-452-ci maddəsi (vəzifəli şəxsin xidməti və ya siyasi fəaliyyətinə müdaxilə etmək məqsədilə ona qarşı zor tətbiq etməyə cəhd) ilə iş açılıb.
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü