İran və Azərbaycan xarici işlər nazirləri arasında növbəti telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat paylaşıb.
Telefon danışığında tərəflər iki ölkə arasında ikitərəfli razılaşmaların davam etdirilməsini vurğulayıblar.
Xarici işlər nazirlərinin görüşünün iki ölkənin paytaxtlarında davam etdirilməsinin vacibliyi qeyd edilib.
Həmçinin tərəflər iki ölkənin digər orqanları arasında məsləhətləşmələrin davam etdirilməsinin faydalı olacağını bildiriblər.
Qeyd edək ki, hələlik telefon danışığı ilə bağlı rəsmi açıqlama yoxdur.
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü