Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentə görə Ermənistan ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan danışıb.
"Üzücü hal budur ki, biz az qala dünən, hətta hadisədən əvvəl 2024-cü il dünya çempionatına ev sahibliyi etmək hüququnu aldıq", - nazir müavini söyləyib.
Qeyd edək ki, ötən gün İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində tədbirin təşkilatçılarından olan stilist Aram Nikolyanın səhnəyə qaçaraq, Bayrağımızı qapıb yandırması səbəbindən Azərbaycan idmançıları yarışda iştirakdan imtina edib və Vətənə qayıdıblar.
- Məcburi köçkün statusu yenidən tənzimlənir
- Yaş məhdudiyyəti: yeni cərimələr müəyyənləşir
- 4 xəstəxanada yoxlama aparılır - Rəsmi
- TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır
- TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib
- Azərbaycanda zəlzələ oldu
- Qəfil ölən keçmiş səfir tanınmış şəxsin qardaşı imiş
- “City Garden Narimanov”da premium təmirli mənzillər satışda!