Zaporojye vilayətinin Enerqodar şəhərində rus işğalçıları Ukrayna Ordusunun əks-hücumunu gözləyirlər və şəhərdən qaçmağa hazırlaşırlar.
BUTA.TV xəbər verir ki, bunu Enerqodar şəhərinin rəhbəri Dmitri Orlov deyib.
“Bunu təkcə qazılmış səngərlər, şəhərə yaxın ərazilərin minalanması deyil, həm də təxliyə planı da sübut edir”, - Orlov bildirib.
Onun sözlərinə görə, şəhərdəki təhsil müəssisələrində də talançılıq artmağa başlayıb:
“3 saylı uşaq bağçasından yataqları, döşəkləri və digər əşyaları çıxarmağa başlayıblar. 2 saylı gimnaziyadan isə partalar, şkaflar və digər inventarlar çıxarılır”.
- ASAN Xidmət bu tarixdə işləməyəcək
- Biz Rusiya ilə döyüşə hazır olmalıyıq - Alman general
- Şuşa ilə bağlı bu qadağa ilk oxunuşda qəbul edildi
- Azərbaycanda milyonluq “şirkət tələsi” quranlar - Həbs olunublar
- İrandan PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
- “Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- Şuşada bu işləri görmək qadağan edilir