Sudan ordusu bazar günü axşam üç saat ərzində humanitar dəhlizlərin açılmasına razılıq verib.
BUTA.TV xəbər verir ki, bu barədə silahlı qüvvələrin bəyanatında deyilir.
"Sudan Silahlı Qüvvələri BMT-nin humanitar yardımlar üçün təhlükəsiz keçidlərin saat 16:00-dan başlayaraq üç saat ərzində açılması təklifi ilə razılaşır",- məlumatda deyilir.
Qeyd edək ki, Sudanda Çevik Reaksiya Qüvvələri ilə nizami ordu arasında döyüşlər başlayıb. Sudan Çevik Reaksiya Qüvvələri Xartumdakı Respublika Sarayını (prezident sarayı), paytaxtın beynəlxalq hava limanını və ölkənin şimalındakı Meroe şəhərindəki aviabazanı nəzarətə götürdüyünü bildirib.
- Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib?
- Deputatdan blogerlərlə bağlı təklif: Diplomu olmalıdır!
- Hadrut və Qırmızı Bazara növbəti köç oldu - Foto
- Xüsusi qabiliyyət imtahanlarına start verilir
- "Qurtuluş"un rəhbəri hakim qarşısında...
- Məcburi köçkün statusu yenidən tənzimlənir
- Yaş məhdudiyyəti: yeni cərimələr müəyyənləşir
- 4 xəstəxanada yoxlama aparılır - Rəsmi