İyunun 2-də İran Milli Müqavimət Şurasının təşəbbüsü ilə "Azad İran-2023" adı altında Parisdə toplantısı keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə İran Xalq Mücahidləri Təşkilatı məlumat yayıb.
Dünyanın müxtəlif ölkələrindən tanınmış siyasi xadimlərin qatıldığı iclasda Azərbaycan Respublikası parlamentinin üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də iştirak edib.
Azərbaycanlı millət vəkili ingilis dilində etdiyi çıxışında İran hökumətinin dünyaya, bölgəyə və qonşu ölkələrə yaratdığı problemlərdən bəhs edib:
“Azərbaycan İran rejiminin terrorunun qurbanlarından biridir. Bu ilin yanvarında Tehrandakı səfirliyimiz bir nəfərin ölümü ilə nəticələnən terror aktına məruz qaldı və biz səfirliyimizi bağladıq”, - o bildirib.
Millət vəkili İranın zəngin ölkə olmasına baxmayaraq, hakim rejimin yarıtmaz siyasəti ucbatından vətəndaşların ağır şəraitə düşdüyünü söyləyib:
“Xanım Məryəm Rəcəvinin rəhbərliyi ilə İranın Milli Müqavimət Şurası və onun 10 bəndlik proqramı azad və demokratik İrana, qonşuları ilə dinc həyata zəmanət verir. Azərbaycanın millət vəkili olaraq bu proqramı dəstəkləyirəm. İnam və istək olanda mütləq nəticə əldə olunacaq, dünən və bu gün gördüklərim inam, ümid və mübarizə əzminin olduğunu göstərir. Buna görə də mütləq qələbə qazanacaqsınız”.
Partiya sədri çıxışının sonunda İran Milli Müqavimət Şurasının rəhbəri Məryəm Rəcəviyə müraciət edib:
“Xanım Rəcəvi, nəzərinizə çatdırmaq istəyirəm ki, biz sizi və İran müqavimətini dəstəkləyirik”.
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!
- Türkiyə Putini gətirmək istəyir ki, nüfuzu qalxsın
- Kreml AZAL-a görə addım atmadı: Təmkinli davranmalıyıq...
- 1891, ermənilərin milli geyimi bu cür olub - Foto
- Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır
- Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
- Səməd Seyidovun adından saxta açıqlama yayıldı