Son sutka ərzində Tavriya istiqamətində rus hərbçilərindən ölən və yaralananların sayı demək olar ki, üç bölüyün sayına bərabərdir.
BUTA.TV xəbər verir ki, bunu “Tavriya” Əməliyyat-Strateji Qüvvələr Qrupunun komandanı, briqada generalı Aleksandr Tarnavski deyib.
O bildirib ki, raket və artilleriya bölmələri gün ərzində 1389 atəş missiyasını yerinə yetirib:
“Son 24 saat ərzində düşmənin ölən və yaralananlarla itkisi demək olar ki, üç bölük sayına çatıb. Rusların 34 hərbi texnikası məhv edilib. O cümlədən, Ka-52 helikopteri, 4 ədəd tankı, 3 ədəd AFV-i, 2 ədəd D-30 topu, 2 ədəd “Supercam” PUA-sı, “Strela-10” zenit-raket kompleksi, 2 ədəd “Msta-B” haubitsası, avtomobil avadanlığı və s. sıradan çıxarılıb”
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!
- Türkiyə Putini gətirmək istəyir ki, nüfuzu qalxsın
- Kreml AZAL-a görə addım atmadı: Təmkinli davranmalıyıq...
- 1891, ermənilərin milli geyimi bu cür olub - Foto
- Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır
- Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
- Səməd Seyidovun adından saxta açıqlama yayıldı