2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
“İl ərzində sülh müqaviləsinin imzalanmasını mümkün hesab edirik, buna görə də səylərimizi davam etdiririk. Son zamanlar həm baş nazir, həm də xarici işlər naziri bu proseslərə toxunub. Burada bircə onu təsdiq edə bilərəm ki, həqiqətən də sülh sazişinin yekunlaşdırılmasına çox yaxınıq”, - nazir müavini bildirib.
Həmçinin Ovannisyan qeyd edib ki, delimitasiya prosesinin irəli aparılması üçün də müsbət dinamika var:
“Kommunikasiyaların (nəqliyyat yollarının) açılması ilə bağlı yanaşmalarımız da konstruktivdir, bunlar sabit sülhə nail olmaq məqsədi daşıyır”.
- Şuşa ilə bağlı bu qadağa ilk oxunuşda qəbul edildi
- Azərbaycanda milyonluq “şirkət tələsi” quranlar - Həbs olunublar
- İrandan PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
- “Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- Şuşada bu işləri görmək qadağan edilir
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək