2024-cü ilin dekabrında Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılması üçün son müddət açıqlanıb.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan nəqliyyat nazirinin müavini Talqat Lastayev deyib.
“Beynəlxalq Mülki Aviasiya Təşkilatının tövsiyə etdiyi tələb və standartlara əsasən, araşdırma 1 il davam edir. Müvafiq olaraq, yekun araşdırma hesabatı bu ilin dekabr ayına qədər tamamlanmalıdır”, - o bildirib.
Lastayev qəza ilə bağlı cinayət işi üzrə istintaqın gedişi barəsində şərh verməyib:
“Cinayət araşdırması artıq prokurorluğun səlahiyyətindədir. Bu məsələ ilə birbaşa məşğul olan istintaq-əməliyyat qrupu var”.
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət