Geosiyasi müstəvidə ABŞ-Rusiya danışıqlarının əsas gündəm olduğu vaxt Ermənistanda revanşist qüvvələr yenidən ümidlənib. Daşnaklar ümid edirlər ki, Qarabağı yenidən işğal edə bilərlər.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, “Daşnaksütyun” partiyasının üzvü, “Ermənistan” fraksiyasından olan deputat Artur Xaçartyanın iddiaları bu kontekstdə xüsusilə diqqət çəkir.
Xaçatryan bildirib ki, dünyada və regionda baş verənlər ya tamamilə məhvə, ya da ümid qapılarının açılmasına doğru gedir.
“Buna görə Qarabağ məsələsini qapalı hesab etməyə tələsməyin. Ermənistan hakimiyyəti çox yöndəmsiz vəziyyətdə qalır. Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin tələbini yerinə yetirərək, Minsk qrupunun buraxılmasına haqq qazandırmağa çalışır. Halbuki, dünən Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasındakı danışıqlarda təkcə Ukrayna deyil, həm də Qafqaz və Mərkəzi Asiya da müzakirə edilib”, - o iddia edib.
Səudiyyədə keçirilən görüşdə belə bir müzakirə haqda nəinki informasiya, heç ehtimal belə yoxdur. Bu, daşnakların xəyallarından başqa bir şey deyil.
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video
- Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu
- Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
- Həmin şagird hoteldə ölübmüş
- 15 mindən çox şəxs magistraturaya imtahan verəcək