Biz bu gün (Pakistanın Baş naziri ilə - red.) müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Pakistanın biznes forumunda deyib.
“Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır”, - deyən dövlət başçısı vurğulayıb ki, biz digər sahələrdə də çox böyük potensial görürük.
- DYP məzunlara və valideynlərə müraciət etdi
- Astara Terminalında yük aşırılması 26% artdı
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video