Ermənilər ABŞ Prezidenti Donald Trampa ümidli olsalar da, reallıq fərqlidir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni ictimai xadim Karen Hekimyan deyib.
O, sosial şəbəkə hesabında 44 günlük müharibə zamanı baş verənləri xatırladıb:
“2020-ci il oktyabrın 23-də, müharibənin 27-ci günündə ABŞ-ın o zamankı prezidenti Donald Tramp Ermənistanın yanında olduğunu dedi. İki dövlət arasındakı yaxşı münasibətlərə, ölkədə çox sayda ermənilərin yaşamasına işarə edərək bizə kömək edəcəyini bildirdi. Amma nə oldu? Təşəbbüsü ruslar və türklər ələ aldı. Bunu ona görə xatırladıram ki, indi də ictimaiyyəti müxtəlif nağıllara inandırırlar”.
K.Hekimyan qeyd edib ki, bu məsələdə əsas rolu Rusiya yönümlü agent şəbəkəsinin nümayəndələri oynayır:
“Onlar yaxşı bilirlər ki, Donald Trampın müxtəlif çıxışları Rusiya-Türkiyə təşəbbüslərinin reallaşmasına gətirib çıxaracaq. Bəs Ermənistan?”.
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video
- Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu
- Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
- Həmin şagird hoteldə ölübmüş
- 15 mindən çox şəxs magistraturaya imtahan verəcək
- Maşını ildırım vurdu, yanğın oldu
- Aqrar sahə ilə bağlı regional müşavirələrə start verilir