Tarixi torpağımız olan Zəngəzurun Rusiya tərəfindən xalqımızın iradəsinə zidd şəkildə Ermənistana verilməsi dövri mətbuatda, bir sıra ölkələrin qəzetlərində, müxtəlif sənədlərdə öz əksini tapıb.
BUTA.TV xəbər verir ki, belə qəzetlərindən biri də Fransanın “L'Œuvre” (L'oeuvre) qəzetidir. Qəzetin 14 iyul 1920-ci il tarixli 1748-ci nömrəsində “Ruslarla ermənilər arasında” (Entre Russes et Arméniens) adlı yazıda bu məsələdən bəhs edilib. Sözügedən yazı bir daha Zəngəzurun Azərbaycanın ərazisi olduğunu və Rusiya tərəfindən Ermənistana hədiyyə edilməsini təsdiqləyir.
“Sovet Rusiyası iyulun 1-də Ermənistan Respublikası ilə bağladığı müqaviləyə əsasən Azərbaycanın ərazisində yerləşən Zəngəzur bölgəsini Ermənistana verdi...” – qəzetdə dərc olunan məqalədə bildirilir.
Qeyd edək ki, 1920-ci ilin yayında aparılan danışıqlardan sonra həmin ilin noyabr ayının 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Zəngəzur Ermənistana verilib.
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video