Tehran hökuməti Azərbaycan Respublikasında axtarışda olan bir neçə şəxsin iştirakı ilə Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində toplantı keçirib.
BUTA.TV xəbər verir ki, toplantıya son günlər SEPAH-a yaxın mediada din xadimi kimi təqdim edilən Sərxan Məmmədov başçılıq edib.
"Sionist rejimin Azərbaycanda təsirinin araşdırılması" mövzusunda keçirilən toplantıda SEPAH və SEPAH-a bağlı yarım-hərbi "Bəsic" qüvvələrinin üzvləri iştirak edib.
Toplantıda Azərbaycan Respublikasına qarşı ənənəvi və Tehran rəsmilərinin söylədikləri ittiham və iddialar təkrarlanıb.
Qeyd edək ki, son vaxtlar Tehran rejimi Azərbaycan Respublikasına qarşı siyasi-ideoloji təbliğatını məqsədli olaraq Güney Azərbaycan şəhərlərindən yürütməyə çalışır.
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video
- Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu
- Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?