Norveçin hakimiyyət orqanları Rusiya səfirliyinin 15 əməkdaşını arzuolunmaz şəxs elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanata əsasən, səfirliyin 15 əməkdaşı diplomatik pərdə altında krallıqda kəşfiyyat fəaliyyəti həyata keçirib. Onlardan Norveç ərazisini mümkün qədər tez tərk etmələri tələb olunub.
XİN-dən onu da bildiriblər ki, Norveç hakimiyyəti Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən ruslara viza verməyəcək.
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video
- Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu
- Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?