Ümid edirik ki, “Togg” gələcəkdə bütün dünyada istifadə ediləcək avtomobil olacaq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
O xalqı da Türkiyə istehsallı avtomobildən istifadə etməyə çağırıb:
“Biz “Togg” avtomobilinə güvənirik. Ona görə də bundan istifadə edirik. İlkin hədəfimiz 1 milyon “Togg”un istifadəyə verilməsidir”.
F.Oktay söyləyib ki, yeni istehsal olunan avtomobilə ilk vaxtlardan bu qədər sərmayə qoyulması sevindiricidir:
“İnşallah, gələcəkdə daha gözəl xəbərlər verəcəyik”.
Qeyd edək ki, "Togg" Türkiyənin ilk yerli elektromobilidir.
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video